Aclıq aksiyasına görə rejimin Rəcayişəhr zindanına köçürdüyü Əmir Səttarinin vəziyyətə barədə heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin aclıq aksiyası keçirdiyinə görə Rəcayişəhr zindanına köçürdüyü Əmir Səttarinin vəziyyətə barədə heç bir məlumat verilmir. Fəal 2 həftədir aclıq aksiyası keçirir və onun vəziyyəti barədə heç bir məlumatın verilməməsi fəalın ailəsinin nigaranlığına səbəb olub.

Qeyd edək ki, Əmir Səttari iyunun 19-da aclıq aksiyasının 10-cu günündə irqçi fars rejimin ETTELAAT İdarəsinin qərarı ilə rejimin Təbrizdə yerləşən zindanından Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüb.

Fəalın ailəsi və yaxın dostlarına verdiyi məlumatna görə, Əmir Səttari ilə əlaqə saxlamaq mümkün deyil. Onun telefon əlaqələrinə də qadağa qoyulub. Ona görə də Əmirin vəziyyətə barədə heç bir məlumat yoxdur. Bu isə ciddi nigaranlığa səbəb olub.

Hüquqlarının pozulduğuna görə aclıq aksiyası keçirən Əmir Səttari Rəuf Təbrizin Mərkəzi Zindanında başlatdığı aclıq aksiyasının 8-ci günündə “quru aclıq aksiyası”na keçdiyini bildirmişdi.

Fəalın ailə üzvləri onun vəziyyəti ilə bağlı məlumat almaq üçün şəhər prokurorluğu və Təbriz zindanına müraciət ediblər. Onlar aldıqları məlumata əsasən fəalın quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiqləmişdi.

Bundan əvvəl bir qrup güney azərbaycanlı mədəni fəal İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq zindan məsullarının bu hərəkətini kəskin şəkildə qınayıb və fəalın dosyesinə yenidən baxılmasını tələb ediblər.

İyunun 10-da aclığa başlayan fəalın sağlıq durumunun ağır olduğu bildirilirdi. O yeni məhkəmə işinin açılması ilə nəticələnən dosyesindəki iradlar və müdaxilələrə etiraz olaraq aksiyaya başlayıb. Məlumata görə, fəalın 7 aylıq həbs cəzası başa çatsa da, o azadlığa buraxılmır. Məhkəmənin yeni hökmünə əsasən, onun 7 aylıq həbs cəzası 5 illik həbs qərarı ilə əvəzlənib.

Fəal aksiyasının 3-cü günündə bir səs faylı yayaraq təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxilə etməsinə etiraz olaraq aclığa başladığını bildirib. O təhlükəsizlik orqanlarının dosyesinə müdaxiləsini sübut edən sənədlərə malik olduğunu vurğulayıb. Fəal həmin sənədləri yaxın gələcəkdə insan hüquqları müdafiəçiləri, mədəni fəallar və bütün əhalinin diqqətinə çatdıracağını bəyan edib.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın