Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Antaliyada Güney Azərbaycandan olan fəalların da iştirakı ilə Azərbaycana dəstək aksiyası keçirilib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Antalya şəhərində Güney Azərbaycandan olan fəalların da iştirakı ilə Azərbaycana dəstək aksiyası keçirilib.

Türkiyədə təhsil alan azərbaycanlı öyrəncilər və türkçü fəallar aksiyada iştirak ediblər. Aksiyada Kərkük və Bayırbucaqdan olan fəallar da iştirak edib.

Aksiya iştirakçıları iyulun 12-dən etibarən Tovuzda ermənilərin hücumu nəticəsində şəhid olan əsgərlərimizin xatirəsi yad edilib. İştirakçılar “Qarabağ bizimdir, bizim olacaq!” və başqa şüarlar səsləndirərək, Azərbaycana dəstək olublar.

Aksiya həm Türkiyə, həm də Azərbaycan şəhid olan əsgərlərin adlarının tək-tək oxunması ilə sona çatıb.

Antaliyada Güney Azərbaycandan olan fəalların da iştirakı ilə Azərbaycana dəstək aksiyası keçirilib

Publicerat av Ali Huseyn Söndag 19 juli 2020

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın