Çərşənbə axşamı , Sentyabr 17 2024
azfa

Artsax plakardı açan irqçi farslara azərbaycanlı millət vəkilləri etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın məclisdəki millət vəkilləri Ruhulla Həzrətpur və Bahaduri, eləcə də Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar Tehranda Tiraxturla Perspolis arasında yarışda irqçi farsların və irqçi fars rejimin əlaltılarının Azərbaycan türklərini təhqir etmələri və stadionda Artsax plakardı açaraq erməniləri dəstəkləmələrinə etiraz ediblər.

Millət vəkilləri rejimin əlaltılarının bu antitürk hərəkətini kəskin şəkildə pisləmiş və belə irqçi hərəkətlərin dayandırılmasını tələb etdilər.

Millət vəkili Hadi Bahaduri baş tutan “Traxtur” – “Perspolis” qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirərkən deyib ki, qanuna görə, ölkənin Baş Prokurorluğunun “Perspolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib:

“Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. “Perspolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor” komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayt qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib və “Traktor”un vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə “Traktor” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdır”.

Qeyd edək ki, “Traxtur” – “Perspolis” yarışı zamanı “Perspolis”in şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Azərbaycana qarşı ermənilərə dəstək olmaq məqsədilə üzərində “Artsax” yazılmış böyük plakardı stadionda açmışlar.

Həmçinin yoxlayın

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı …

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 …

Bir cavab yazın