Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycan mədənlərinin bank hesabları Azərbaycan vilayətlərinə gətirilməlidir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycana qarşı müstəmləkə siyasəti yürüdüb, Güney Azərbaycanın sərvətlərini talamaqla məşğuldur. Bu da haqlı olaraq Azərbaycan türklərinin etirazına səbəb olur. Hətta bu məsələ rejimin yerlərdə təyin etdiyi rəsmilərin də etirazına səbəb olur. Bu barədə sonuncu olaraq Şərqi Azərbaycan valisi Məcid Xudabəxş Azərbaycan mədənlərinin talanmasına etiraz edərək, Şərqi Azərbaycan mədənlərinin bank hesablarının Azərbaycan vilayətinə gətirilməsini tələb edib.

Xudabəxş Süngün Mis Mədənində Pul Dövriyyəsi Üzrə Mədən Şurasının keçirdiyi iclasda deyib: “Şirkət, İran Milli Mis Şirkətindən asılı olduğuna görə müstəqil deyil, bu səbəbdən də pul dövriyyəsi prosesinin sürəti aşağıdır. Lakin bu məsələ öz həllini tapmalıdır”.

O həmçinin deyib: “6-cı inkişaf proqramına dair qanunun 43-cü maddəsinin 4-cü bəndinə görə Süngün Mis Şirkətinin bank hesabı bu vilayətdə açılmalıdır. Bu şəkildə şirkətin gəlirləri vilayətin banklarına daxil olar və şirkətin maliyyə işləri və vergi məsələləri də bu vilayətdə yoxlanılar. Bu şirkətin 2 min milyard tümən dəyərində satışı olur. Bu məbləğ vilayətin banklarında dövriyyəyə girməlidir.”

Xudabəxş bölgədə olan mis, qızıl və digər mədənlərlə bağlı deyib: “Bütün mədənlərin maliyyə məsələləri və pul dövriyyəsi Şərqi Azərbaycan vilayətində olmalıdır. Maliyyə hesablarının vilayətin xaricində aparılması təmami ilə qəbuledilməzdir.”

‍ ‍

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …

Bir cavab yazın