Çərşənbə axşamı , İyun 16 2026
azfa

Azərbaycan Türkiyə Mikro Ağıllı Sursat alır – Video

GADTB: Azərbaycan MAM sursat ailəsinin (Mikro Akıllı Mühimmat  – Mikro Ağıllı Sursat) ən böyük və ən yeni üzvü olan MAM-T-ni tədarük edəcək.

Bu barədə ROKETSAN-ın baş direktorunun müavini Murat Kurtulmuş “Poligon” jurnalına verdiyi müsahibədə danışıb.

“Biz tezliklə MAM-T sursat layihəsini həyata keçirəcəyik. Yeni müqavilə çərçivəsində MAM-L-dən sonra biz MAM-T sursatını Azərbaycan Silahlı Qüvvələrinin xidmətinə təqdim etmək istəyirik. Bu məsələ ilə bağlı razılaşmamız son mərhələdədir. Biz bunu tezliklə həyata keçirməyə başlayacağıq”, – Kurtulmuş deyib.

Qeyd olunub ki, MAM seriyalı döyüş sursatları Azərbaycanın 2020-ci ildə Ermənistan üzərindəki qələbəsində mühüm rol oynayıb. Bildirilib ki, bu gün Türkiyə və Azərbaycanla yanaşı, Qətər, Ukrayna, Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya kimi ölkələrin də arsenalında MAM sursatları var.

Qeyd edək ki, MAM-T MAM ailəsinin ən böyük və ən yeni üzvüdür. İlk atış testi 22 aprel 2021-ci ildə “Baykar Technology” tərəfindən hazırlanmış “Bayraktar Akıncı” tərəfindən həyata keçirilib. Hava hücumundan müdafiə sistemləri və tanklar kimi hədəfləri tamamilə məhv etmək və zərərsizləşdirmək ideyası ilə hazırlanıb. 

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …