Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycan və Ermənistan nazirlərinin Berlin danışıqları başa çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında bəzi əsas məsələlər üzrə əlavə iş davam etdirilməlidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlində sülh sazişi danışıqları çərçivəsində 2 günlük danışıqlar başa çatıb.

Nazirlər və onların nümayəndə heyətləri “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olunmasına dair ikitərəfli saziş” layihəsinin müddəaları ilə bağlı mövqelərini müzakirə ediblər. Qeyd olunub ki, bəzi əsas məsələlər üzrə əlavə iş davam etdirilməlidir”.

Azərbaycanlı nazir C.Bayramov görüşlərə ev sahibliyi etdiyinə görə Almaniyanın xarici işlər naziri Annalena Baerboka təşəkkürünü bildirib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …