Cümə , Oktyabr 11 2024
azfa

Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının iclası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Zirvə görüşü aprelin 10-da videokonfrans vasitəsilə keçirilib və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının “COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət” adlı videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə çıxışında deyib ki, Türk Şurası zirvəsi koronavirusun yayılması ilə mübarizədə həmrəyliyimizi gücləndirəcək. İnfeksiyanın təsiri ilə eyni zamanda, qlobal iqtisadi böhranla üz-üzəyik. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir.

Ərdoğan hazırda görünməz düşmənə qarşı çətin mübarizə aparıldığını bildirib.

“Koronavirusa qarşı mübarizədə, əlbəttə, qalib gələcəyik. Bundan sonra yeni bir dünyanın reallığı ilə qarşılaşacağıq. Mübarizə apardığımız bir zamanda epidemiyadan sonrakı dövrə də hazırlaşmalıyıq. İnkişafa vahid şəkildə yanaşmalı, əməkdaşlıq sahələrini müəyyənləşdirməli və tez bir zamanda lazımi addımlar atmalıyıq”.

Türkiyə Prezidenti çıxışında Bakı-Tiflis-Qars dəmiryolu xətti üzərindən aparılan yükdaşımalara da toxunub və bildirib ki, daşınan mövcud yüklərə əlavə olaraq 3500 ton yükün daşına bilməsi üçün işlər aparılır.

“Ümid edirəm ki, bu problemli dövr tezliklə başa çatacaq və daha parlaq günlər bizimlə olacaq. Proseslər Xəzər dənizindən keçən mərkəzi dəhlizin gücləndirilməsinin vacibliyini bir daha ortaya qoydu. Rabitə sektoru da pandemiya ilə mübarizədə vacib bir sınaqdan keçir. İnanıram ki, Türk Şurası kibertəhlükəsizlik sektorunun inkişafında və həyata keçirilməsində rol oynaya bilər”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …

Bir cavab yazın