Cümə , İyun 26 2026
azfa

Azərbaycanlı fəal Babək Hacızadənin səhhəti ağırlaşıb, müalicəyə çıxışına icazə verilmir

GADTB: Babək Hacızadə son günlərdə şiddətli soyuqdəymə, davamlı qızdırma, titrəmə və fiziki zəiflik səbəbindən ağır vəziyyətlə üzləşib. Evin həbsxanasında saxlanılan fəalın səhhətinin pisləşməsinə və təcili tibbi yardıma ehtiyac olmasına baxmayaraq, həbsxana rəhbərliyinin onun müalicə müəssisəsinə köçürülməsinə və tibbi xidmət almasına icazə vermədiyi bildirilir.

Məlumata görə, Babək Hacızadə hətta ilkin gigiyenik və məişət imkanlarından da məhrum edilib və bu məhdudiyyətlər İran Kəşfiyyat Nazirliyinin göstərişi ilə tətbiq olunur. Onun sağlamlıq vəziyyətinə göstərilən laqeydliyin narahatlıqları daha da artırdığı qeyd edilir.

Babək Hacızadə 1402-ci ilin 16 bəhmən tarixində molla rejimin qüvvələri tərəfindən məhkəmə qərarı təqdim olunmadan və döyülərək saxlanılmışdı.

Həmçinin bildirilir ki, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi, hakim Sələvatinin sədrliyi ilə, onu “milli təhlükəsizliyə qarşı əlbir olmaq” və “casusluq” kimi ittihamlarla 13 il həbs cəzasına məhkum edib.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …