Cümə , Oktyabr 16 2026
azfa

Azərbaycanlı fəal Kiyanuş Aslani koronavirus təhlükəsinə görə məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin bir ildən çoxdur həbsd etdiyi azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslani martın 11-də günortadan sonra Tehranın Evin zindanından məzuniyyətə buraxılıb.

Azırbaycanlı fəal 800 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

‏

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …

Bir cavab yazın