Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

Azərbaycanlı fəal Səhər Məmizadəyə 25 ay 15 gün həbs və 50 şallaq cəzası verilib

GADTB: Ərdəbil sakini olan ictimai fəal Səhər Məmizadə bu şəhərin İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 25 ay 15 gün müddətinə islah-əmək xarakterli həbs cəzasına və 50 şallaq zərbəsinə məhkum edilib.

Yayılan məlumata görə, fəala qarşı irəli sürülən ittihamlar arasında “İslam Respublikasına qarşı təbliğat xarakterli fəaliyyət göstərmək və bunun üçün sosial şəbəkələrdə məzmun yaymaq”, “Ruhullah Xomeyni və Əli Xameneiyə təhqir” və “küçədə iştirak etmək və ictimai təhlükəsizliyə zidd hərəkətlər vasitəsilə ictimai asayişi pozmaq” yer alır.

Çıxarılan hökmə əsasən, birinci ittihama görə 7 ay 15 gün, ikinci ittihama görə isə 15 ay müddətinə islah-əmək xarakterli həbs cəzası müəyyən edilib. Həmçinin məhkəmə İslam Cinayət Məcəlləsinin 618-ci maddəsinə əsasən, “ictimai asayişi pozmaq” ittihamı üzrə onu 3 ay həbs və 50 şallaq zərbəsi cəzasına məhkum edib. Onun əvvəllər həbsdə keçirdiyi müddət də cəza müddətindən çıxılacaq.

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …