Bazar , Oktyabr 11 2026
azfa

Azərbaycanlı fəal Şahin Bərzgər yalan ittihamların birindən bəraət qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi iyunun 9-da Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgərə ona qarşı yalan ittihamlardan “Ümumi asayişi pozmaq”dan bəraət verib.

Qeyd edək ki, Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər azərbaycanlı fəalla birlikdə Təbrizdə yaxalanmışdı.

Azərbaycanlı fəal təxminən 100 gün rejimin ETTELAAT-nın təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal iyunun 9-da Təbrizdə iki məhkəmə iclasında yerli vaxtla saat 10:00-da rejimin İnqilab Məhkəməsinin birinci şöbəsində, saat 12:00-da isə rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 112-ci şöbəsində mühakimə edilmişdi.

Rejim azərbaycanlı fəalı şərləyərək “Sistemə qarşı təbliğat aparmaq”, “Qanunsuz GAMAC təşkilatına üzv olmaq” və “Ümumi asayişi pozmaq”da ittiham etmişdir.

Şahin Bərzgər bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, həbs və təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …

Bir cavab yazın