Cümə axşamı , May 15 2025
azfa

Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Evin zindanında işgəncə edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək Qalası Qurultayı ərəfəsində yaxalanan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri cismi və ruhi işgəncələrə məruz qalıb.

Azərbaycanlı fəal iylun 12-dən qeyri-müəyyən vəziyyətdə Tehranın Evin zindanının 209-cu bəndində təknəfərlik kamerada həbsdə saxlanılır. Heç bir günahı olmayan hüquq ixtisası üzrə öyrənci olan azərbaycanlı fəal qaranlıq bir otaqda, gözübağlı şəkildə işgəncəyə məruz qalır.

Qeyd edək ki, bu yaxınlarda Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı geniş bir bəyanat yayıb. Bəyanatda irqçi fars rejimi tərəfindən azərbaycanlı mədəni fəalların qanunsuz saxlanılması pislənilərək, İbrahim Nurinin qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub.

Azərbaycanlı milli-mədəni fəal qeyri-müəyyən şəraitdə saxlanıldığı günlərdə avqust ayının 17-də fəalın qardaşı mərhum Həbib Nurinin vəfatının birinci ildönümü mərasimi keçirilib. Rejim həbsxanada saxlanılan Nuriyə qardaşının yas mərasimində iştirak etməyə belə icazə verməyib.

 

Həmçinin yoxlayın

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb

GADTB: Aprelin 11-də Urmiya şəhərinin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq …

Bir cavab yazın