Cümə axşamı , İyun 25 2026
azfa

Bağdad türk yurdu Kərkükdə 2 gömrük keçid məntəqəsi qurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq mərkəzi hökuməti, Türkiyə və İranın İraq Kürdüstanı Muxtariyyəti üzərindən ölkəyə ixrac etdiyi mallardan vergi almaq məqsədiylə nəzarətində olan türk yurdu Kərkük vilayətində 2 gömrük nəzarət nöqtəsi qurdu.

İraq mərkəzi hökuməti, Kərküklə İraq Kürdüstanı Muxtariyyəti arasında əlaqə yollarında iki gömrük nəzarəti nöqtəsi qurdu.

Bağdadlı rəsmilərin iştirakı ilə Kərkük-Erbil və Kərkük-Süleymaniyyə yollarında iki ayrı gömrük nöqtəsi açıldı.

Xəbərlərdə Bağdad rəhbərliyinin, nəzarətindəki Kərkük vilayətində 2 gömrük nəzarət nöqtəsini, “Türkiyə və İranın IKBY üzərindən ölkəyə ixrac etdiyi mallardan vergi almaq məqsədiylə” qurduğu ifadə edildi.

Qeyd edək ki, kürdlər muxtariyyət əldə etdikdən sonra məqsədli şəkildə Kərkükə köçüb burada demoqrafik dəyişiklik əmələ gətirməklə bu türk bölgəsini öz ərazilərinə qatmaq istəyirlər.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …

Bir cavab yazın