Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Batumi hotelində ölənlərin 10-u Gürcüstan, 1-i iran adlanan yerin vətəndaşıdır

GADTB-nin Mətbuat Mərkəzinin Gürcüstan Daxili İşlər Nazirliyinin məlumata istinadən yaydığı xəbərə görə, Batumidə hoteldə baş vermiş yanğın nəticəsində ölənlərin kimliyi məlum olub. Həlak olanların 10-u Gürcüstan, 1-i nəfəri isə İran vətəndaşıdır.

Xatırladaq ki, dünən gecə Batumidəki “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.

Beşulduzlu “Leogrand” mehmanxanası Batuminin ən yaxşı hotellərindən biri sayılır. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Tikintisi 35 milyon dollara başa gələn oteldə 182 otaq var.

Həmçinin yoxlayın

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Tramp: İran İslam Respublikası ilə atəşkəs vaxt itkisi idi və mən bunu heç vaxt bəyənməmişəm

GADTB: ABŞ prezidenti Donald Tramp Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə İran İslam Respublikası ilə atəşkəsi …