Bazar ertəsi , İyul 14 2025
azfa

Bayden İranın nüvə silahı əldə etməsinə göz yummaqla İranla razılığa getməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bayden İranın bütün dağıdıcı hərəkətlərinə baxmayaraq zəiflik göstərib İranla razılığa gəlməyə çalışır.

Amerikanın İran üzrə xüsusi nümayəndəsi Rober Mali fevralın 6-da tezliklə İranla müzakirələrə davam etmək üçün Vyanaya qayıdacağını və hələ də atom anlaşmasının bərpa edilməsi üçün imkanın olduğunu deyib.

Mali dünən axşam “MSNBC” xəbər kanalına açıqlamasında Amerika prezidenti Co Baydenin İranla Vyana müzakirələrini davam etmələrini istədiyini bildirib.

Avropalı diplomatlardan biri “Reuters”ə açıqlamasında müzakirə tərəflərinin fevralın 8-də Vyanaya gedərək danışıqlara yenidən başlayacaqlarının ehtimal edildiyini vurğulayıb.

Xatırladaq ki, İran və Amerika diplomatları son həftələrdə dəfələrlə danışıqların son mərhələyə çatdığını və siyasi qərarların qəbul edilməsinin vacibliyini bəyan edib və bir-birlərini bu cür qərarlardan çəkinərək hər hansı bir razılaşmaya mane olmaqda ittiham ediblər.

Həmçinin yoxlayın

Axios: Putin İranı uranı zənginləşdirmədən nüvə sazişi bağlamağa çağırıb

GADTB: Rusiya prezidenti Vladimir Putin İranı uranı yüksək dərəcədə zənginləşdirmədən ABŞ iləyeni nüvə sazişi bağlamağa …

Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclasına raket hücumu və rəsmilərin təcili çıxışdan qaçmasına etiraf

GADTB: Molla rejimin terorçu SEPAH-ına bağlı Fars Xəbər Agentliyi xəbər verib ki, iyunun 16-da səhər …