Beynəlxalq Əfv Təşkilatı İranda siyasi məhbusların edamna etiraz edir

GADTB: Amnesty International (Beynəlxalq Əfv Təşkilatı) İranda son edamlarla bağlı bəyanat yayaraq beynəlxalq ictimaiyyəti təcili tədbir görməyə çağırıb.

Təşkilatın bildirdiyinə görə, martın 30-dan başlayaraq 10 gün ərzində 10 müxalif və etirazçı ədalətsiz məhkəmələrdən sonra edam edilib.

 Edam olunanlar arasında yanvar ayında saxlanıldıqdan qısa müddət sonra ölüm hökmü verilmiş dörd gənc etirazçı da var, daha bir nəfər isə edam təhlükəsi altındadır.

Eləcə də altı nəfərin “Xalq Mücahidləri” ilə əlaqə ittihamı ilə gizli şəkildə edam edildiyi bildirilir.

Təşkilat vurğulayır ki, bu hallar İranda repressiyaların gücləndiyini göstərir və edamların dayandırılması üçün təcili beynəlxalq müdaxilə tələb olunur.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …