GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyaları zamanı dini və milli etniklərə qarşı ədalətsiz məhkəmələr təşkil etmək, qanundan kənar cəzalar, işgəncələr verməklə, cinsi təcavüz və psixoloji təzyiqlərə məruz qoymaqla kəskin repressiyalar tətbiq edib.
BMT-nin İnsan Haqları Şurasının müstəqil faktaraşdırıcı komitəsinin yaydığı hesabatda etniklərin azyaşlı uşaqlarının da yuxarıda qeyd olunan cəza növləri ilə üzləşdiyi deyilib. BMT-nin faktaraşdırıcı komitəsi kürdlərin və bəluçları bu istiqamətdə daha çox represiyaya məruz qaldığını bildirib. Lakin BMT-nin faktaraşdırıcı komitəsi Azərbaycanın qərb bölgəsi ilə bağlı təhrifə yol verərək bu bölgənin kürdlərin ərazisi kimi təqdim edib. Bunun da türrorçu kürd təşkilatlarının təhrif edilmiş hesabat təqdim etmələri ilə bağlı olduğu düşünülür.
Faktaraşdırıcı komitə insan hüquqlarının pozulmasının xüsusilə qadınlara, uşaqlara və etnik, dini azlıqlara daha çox təsir etdiyini bildirib. Hesabatda edam saylarının da etniklər arasında xüsusilə artdığı, bu cəza növünün qadınlara da tətbiq edildiyi diqqətə çatdırılıb.