Xəbərlər

Azərbaycanlı fəal Əlirza Fərşi məzuniyyəti bitdikdən sonra Mərənd zindanına qayıdıb

GADTB: Oktyabrın 14-də həbsxanadan məzuniyyətə göndərilən Azərbaycan Milli Hərəkatı fəalı Əlirza Fərşi məzuniyyəti bitdikdən sonra 22 oktyabrda Mərənd Mərkəzi Həbsxanasına qayıdıb. Əlirza Fərşiyə Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi tərəfindən 8 aylıq həbs cəzası verilib. Əlirza Fərşi Mərənd şəhərində yaşadığı üçün Tehran əyalətinin Baharestan Prokurorluğunda məhkəməsinin keçirilməsinə dəfələrlə etiraz etmişdi. “Bir …

Ətraflı oxu »

İran atom bombası istehsalı üçün uran ehtiyatı əldə etmək istəyir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranın hələ də “təxminən 400 kiloqram 60 faiz zənginləşdirilmiş uran saxladığını” bildirib. Qrossi, bununla bağlı, Cenevrədəki “Genoa Solutions” mediasına müsahibəsində deyib. O, bu miqdarın nüvə silahı istehsal etmək üçün lazım olan həddə yaxın olduğunu vurğulayıb. Qrossi, İranın uranı daha yüksək …

Ətraflı oxu »

Molla rejimi Urmiyada azərbaycanlı milli hərəkat fəalı Əta Kərimini həbs edib

GADTB: Azərbaycan Milli Hərəkatının fəallarından əta Kərimi oktyabrın 30-da Urmiyə şəhərindəki iş yerində molla rejimin qüvvələri tərəfindən həbs edilib. Fəala yaxın mənbələrin bildirdiyinə görə, onun saxlanılması ehtimal ki, Urmiyada “Ronahi” və “Huraspor” azarkeşləri tərəfindən səsləndirilən parçalayıcı və nifrət dolu şüarlara tənqidi münasibətinə görə baş verib. Bununla belə, hazırda onun saxlanılma …

Ətraflı oxu »

Molla rejimi Ehsan Fəridinin işinin yenidən araşdırılması tələbini rədd edib

GADTB: Edam cəzasına məhkum edilmiş 22 yaşlı azərbaycanlı tələbə Ehsan Fəridinin vəkili bildirib ki, müvəkkilinin təkrar məhkəmə araşdırması tələbi Ali Məhkəmə tərəfindən rədd edilib. Vəkil bildirib ki, buna baxmayaraq, onlar yenidən apelyasiya şikayəti verəcəklər. Müvəkkilinin təkrar məhkəmə araşdırması tələbinin tez bir zamanda rədd edilməsinə toxunan Mahmud Behzadirad bildirib ki, məhkəmənin …

Ətraflı oxu »

Yəməndə Cənub Keçid Şurası İranın yük gəmisini ələ keçirib və onun ekipajını həbs edib

GADTB: Yəmənin Cənub Keçid Şurasının BƏƏ-nin dəstəklədiyi və Ədəndə yerləşən qüvvələri Bab əl-Məndəb boğazında İrana məxsus hərbi yük gəmisini saxlayıb. Bəndər Abbasdan yola çıxan gəmi husilər üçün silah və mal daşıyırmış. Gəminin 8 nəfərlik ekipaj üzvü həbs edilib./ Azad İran

Ətraflı oxu »

Molla rejimin qüvvələri Əmir İbrahimlunu Urmiyada həbs edib

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Əmir İbrahimlu 2025-ci il oktyabrın 22-də Urmiyada işlədiyi yerdə molla rejimin qüvvələri tərəfindən həbs olunub. Onun saxlanılma səbəbi hələlik məlum deyil.Dünən həmçinin digər milli fəal Əta Kərimi də iş yerində molla rejimin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, o, saxlanılma zamanı döyülüb və …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı məhbus tibbi xidmətdən məhrum edilib

GADTB: Tehranda Evin zindanında məhbus həyatı yaşayan Güney Azərbaycan milli fəalı Vədud Əsədi qeyri-insani davranışlara məruz qalır və xəstəxanaya göndərilməsinə maneçilik törədilir. Bununla bağlı güneyli fəal özünün qeydlərində açıqlama verib. Cənab Əsədinin verdiyi məlumata görə, o, bir neçə ay davam edən təkrarlanan müraciətlərdən sonra nəhayət 1404-cü ilin mehr ayının 29-da …

Ətraflı oxu »

Molla rejimi müxalifləri susdurmaq üçün kiberhücumlardan istifadə edir

GADTB: İrqçi fars-molla rejimi öz müxaliflərini susdurmaq üçün kiberhücum və təhdiddən istifadə edir. BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bildirib ki, İslam Respublikası xaricdəki müxalifləri və tənqidçiləri susdurmaq üçün “ölüm təhdidləri, məlumat oğurlamaq cəhdləri, təxribat kampaniyaları və kiberhücumlar” kimi vasitələrdən istifadə edir. Satonun sözlərinə görə, bu kampaniyalar …

Ətraflı oxu »

Üştibində Əbülqasım Nəbatinin anım mərasimi keçirilib- Video

GADTB: Güney Azərbaycanın Üştibin kəndində Əbülqasım Nəbatinin anım mərasimi keçirilib. Bir qrup mədəniyyət və incəsənət xadiminin iştirakı ilə Culfa bölgəsinin Uştobin kəndində tanınmış Azərbaycan şairi Əbülqasım Nəbatinin anım mərasimi keçirilib. Mərasimdə görkəmli şairin xatirəsi ehtiramla yad edilib, tədbir iştirakçıları şeirlər söyləməklə, onun həyat və yaradıcılığına nəzər salmaqla Azərbaycanın ədəbi və …

Ətraflı oxu »

Quterreş İranın etnik qruplara qarşı edamlarının narahatlıq doğurduğunu bildirir

GADTB: BMT-nin Baş katibi Antonio Quterreş İranda insan haqları sahəsində vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirərək, bununla bağlı narahatedici məqamları özündə əks etdirən yeni hesabatı BMT Baş Assambleyasına təqdim edib. Hesabatda qeyd olunur ki, 2025-ci ilin ilk altı ayında İranda azı 612 nəfər dar ağacından asılıb. Bu, ötən ilin eyni dövrü …

Ətraflı oxu »