GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin kommunist rejimi koronavirusun mənşəyi və yaradılmasının məlum olmaması məqsədilə koronavirusla bağlı bütün tədqiqatlara senzura tətbiq etdi.
Pekinin rəsmi göstərişi ilə koronavirusla bağlı yayılan iki universitet müəllimi və tədqiqatçının tədqiqatı saytdan silinmiş və tədqiqatlara məhdudiyyət qoyularaq senzura tətbiq edilmişdir.
Honk-konqda koronaviruslu xəstələr üzərində tədqiq aparan çinli həkimlərlə birlikdə çalışan bir həkim isə deyib ki, hələ fevral ayından Çin belə məhdudiyyətləri tətbiq edib.
Çinin bu barədə tədqiqatlara məhdudiyyət qoymasının ilk dəfə Çində meydana gələn koronavirusun mənşəyinin naməlum qalması niyyəti ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Çin kommunist rejiminin koronavirusun yaradılması, onun Çindən xarici ölkələrə yayılmasının qarşısını almaması, əksinə qəsdən yayması, eləcə də koronavirusla bağlı yalan məlumatlarla dünya ictimaiyyətini aldatması bildirilir.