Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Ermənistan Azərbaycana görə tarixi Azərbaycan ərazisi olan Zəngəzurun mərkəzini dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan hökuməti tarixi Azərbaycan ərazisi olan Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir.

Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır.

Buna səbəb müharibədən sonra Azərbayanın dövlət sərhədini bərpa etmək istiqamətində addımları, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən 21 kilometr hissəsndə gömrük postunun qurulması və Qafan rayonuna gediş-gəlişin çətinləşməsidir.

“Qafan rayonun mərkəzinə çatmaq müharibədən əvvəl də çətin idi, indi çətinliklər 4 dəfə artıb, alternativ yollar da əlverişli deyil, – erməni mediası yazır.

Sünikin qubernatoru Melikset Poqosyan isə bu məlumatı təkzib edib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …