Çərşənbə , Avqust 26 2026
azfa

Fars rejimi Urmiya gölünə axan çayların suyunu kürdlər üçün su bəndlərində saxlayır

GADTB-nin Mətbuat Mərkəzinin İRNA-ya istinadən yaydığı məlumata görə, Mahabad su bəndində Urmu gölünə axan çayın toplanan suyu keçən ilə nisbət 10 milyon kubmetr artıb. Məlumata görə, Mahabadda yerləşən bu su bəndində suyun həcmi 65 milyon kubmetrə çatıb. Bu da keçən ilə nisbət 10 milyon kubmetr çoxdur.

Mahabadın Su Resursları direktoru Məhəmməd Abdullahi bu barədə açıqlama verərək deyib ki, Mahabadın su bəndinə saniyədə 2.5 kubmetr su daxil olur. Keçən il isə bu saniyədə bir kubmetr idi.

Qeyd edək ki, Urmiya gölünə tökülən çayın üzərində vurulan və suyun gölə tökülməsinə mane olan bu bəndin suyu kürdlərin yaşadığı bölgədə onların əkin ərazilərinin suvarılmasına, içməli su kimi istifadə etmələrinə və sənayedə istifadə etmələrinə sərf edilir. Beləliklə də Urmiya gölü rejimin Azərbaycanla düşmənçiliyi üzündən qəsdən qurudulub. Mahad su bəndi isə Urmiya gölünə tökülən çayların qarşısında vurulan çoxsaylı su bəndlərindən biridir.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın