Bazar ertəsi , Mart 8 2021
azfa

GADTB-nin başqanı Əjdər Tağızadənin Amerikanın səsinə müsahibəsi-müsahibənin səsyazısı

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Amerikanın səsi GADTB-nın Başqanı sayın Əjdər Tağızadədən “İran-Səudiyyə Ərəbistanı arasında gərginlik və İranda ərəb azlığı” barədə müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

İranın bəzi siyasi qrupları noyabrın 8-də Hollandiyada evinin önündə güllələnən iranlı ərəb fəal Əhməd Nisinin İran İslam Respublikası tərəfindən qətlə yetirildiyini irəli sürür. Amerikanın Səsinə danışan güneyli fəal Əjdər Tağızadə ərəb liderin öldürülməsini Əhvazda ərəblərin milli hərəkatına qarşı törədilmiş terror aktı hesab edir.

Əhməd Nisi adı ilə tanınan Əhvaz Azadlıq Hərəkatı təşkilatının banisi Əhməd Maula Əbu-Nəhd noyabrın 8-də Hollandiyanın Haaqa şəhərində evinin önündə naməlum şəxslər tərəfindən güllələnib.

İslahatçı qruplara yaxınlığı ilə tanınan Amad News internet portalı, Sepah daxilindəki mənbələrə istinadə edərək, Nisinin Sepahın “Qüds” qanadının qüvvələri tərəfindən qətlə yetirildiyini yazıb. İnternet portalı ərəb fəalın qətlini İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gərginləşməsi ilə əlaqələndirib.

Əhməd Nisi adı ilə tanınan Əhvaz Azadlıq Hərəkatı təşkilatının banisi Əhməd Maula Əbu-Nəhd noyabrın 8-də Hollandiyanın Haaqa şəhərində evinin önündə naməlum şəxslər tərəfindən güllələnib.

Güney Azərbaycan Türk Demokratik Birliyinin sədri Əjdər Tağızadə Əhməd Nisi və onun rəhbərlik etdiyi Əhvaz Azadlıq Hərəkatı təşkilatının fəaliyyətləri haqqında da Amerikanın Səsinə məlumat verib.

“Bu təşkilat öz fəaliyyətini gücləndirmişdi və görünürdü ki, fəaliyyəti ölkə daxilində də genişlənməkdədir. Bunlar 10 ildən artıqdır bu formada və Əhvazın müstəqilliyi uğrunda fəaliyyət edirlər,” Tağızadə bildirir.

O, ərəb fəalın qətlinin İran-Səudiyyə Ərəbistanı münasibətlərinə bağlanmasını ümumiyyətlə İranda qeyri-fars fəalları xarici dövlətlərə bağlayan siyasətin bir hissəsi kimi dəyərləndirir.

“Əhvazda bir ərəb fəaliyyət göstərir, öz milli haqlarını istəyir. İndi taktikası hər nə isə ya hər nə istəyirsə, ərəb milləti bunu istəyir… Millət Əhməd Nisini dəstəklədi. Onun yas mərasimində qorxmayıb iştirak etməklə rejimə münasibətini göstərdi… Necə Güney Azərbaycanda biri çıxıb milli haqqından danışdığı zaman onu bağlayırlar. Türkiyə ya Quzey Azərbaycana, bütün millətlər haqqında bu işi görürlər… Ərəb fəalları keçmişdə Səddam və Qəzzafiyə bağlayırdılar, indi də Ərəbistana… Əlbəttə ki, Əhməd Nisi bir ərəb olaraq gedib ərəb mediasına çıxıb, orada danışacaqdı. Yeri gələndə də ərəb ölkələrinə səfər edəcəkdi.” deyə güneyli fəal əlavə edir.

 

müsahibəni buradan dinləyə bilərsiniz:

Həmçinin yoxlayın

Güney Azərbaycanda Araz çayı boyunca meşələrdə yanğın olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində Araz çayı boyunca meşə …

ABŞ İrana terror hücumlarına görə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İnsanları hərəkətlərinə görə hər zaman cavabdeh edəcəyimizi gözləyə …