Bazar ertəsi , Oktyabr 26 2026
azfa

GADTB rəhbərliyinin Türkiyə səfəri davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) rəhbərliyinin Türkiyə səfəri davam etməkdədir.

Türkiyə səfərində GADTB başqanının birinci müavini sayın Eldar Qaradağlı, GADTB Beynəlxalq Departamentinin sədri sayın Mikayıl Oyta, GADTB Maliyyə, eləcə də Qadın məsələləri üzrə Departamentin sədri sayın Sima xanım və GADTB Türk Dünyası Departamentinin sədri sayın Atilla Bozqurd iştirak edirlər.

GADTB rəhbərliyi Müstafa Kamal Atatürkün Anıt Kabiri, və M.Ə.Rəsulzadənin məzarını ziyarət etməklə Türkiyədə bir neçə görüş keçirmişlər. GADTB rəhbərliyinin görüşlərindən biri Türkiyə Böyük Millət Məclisinin millət vəkili sayin Şamil Ayrımla baş tutub. Sayın millət vəkili ilə bir neçə mövzuda müzakirələr aparılıb.

GADTB rəhbərliyinin digər görüşlərindən biri də Türkiyədə Milli Düşüncə Mərkəzinin  Kuruluş üyələri ilə baş tutub. Görüşdə Güney Azərbaycanın bu günü və gələcəyi barədə məsələlər müzakirə edilib. .

GADTB rəhbərliyinin görüşlərindən biri də Qazi Üniversitetinin professoru və fakültə dekanı sayin prof.dr.Selma Yellə baş tutub.

Həmçinin GADTB rəhbərliyi görüşlərindən biri də Ankarada Azərbaycan Dərnəyində və dərnəyin başqanı Cəmil beyin ofisində baş tutub. Görüşlər video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın