Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Həkimə Əhmədi və həyat yoldaşı mühəndis Qurbaniyə qarşı rejimin zülm və vəhşiliyini pisləməyə dair bildirişi

GADTB: Azərbaycanlı milli-mədəni fəal Həkimə xanım Əhmədinin işğalçı fars rejimi tərəfindən müstəmləkə edilmiş Azərbaycanın və əsarətə alınmış Azərbaycan türk millətinin hüquqlarını müdafiə etməsi irqçi və irticaçı fars rejimi qəzəbləndirmiş və onun öz yırtıcı və terrorçu sifətini büruzə verməsinə səbəb olmuşdur.

Tomris qeyrətli Həkimə xanımın Azərbaycan xanımına xas vüqarla irqçi rejimə müqaviməti rejimi öz yırtıcı heyvani sifətini ortaya qoymağa və ismətli bir xanıma qarşı vəhşilik nümayiş etdirməyə, işgəncə altında onun qabırğası və barmaqlarını qırmağa, eləcə də işgəncə nəticəsində qara ciyərini tam sıradan çıxarmağa səbəb olmuşdur.

Üstəlik rejim həmin ailənin bütün hesabları və gəlir mənbələrini qapadaraq, işgəncə nəticəsində xəstəxanalıq etdiyi Həkimə xanımı öz xərci hesabına müalicə edilməsini tələb etməsi irqçi fars-molla rejiminin nə dərəcədə heyvani xislətə malik olduğunu göz önünə sərməkdədir.

Günahsız azərbaycanlı xanıma qarşı bu zülmü ictimailəşdirən Həkimə xanım Əhmədinin həyat yoldaşı mühəndis Qurbani isə rejimin qəzəbinə tuş gəlmiş və rejimin yırtıcı məmurları onu vəhşicəsinə döyərək başını və əlini sındırmışlar.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) azərbaycanlı milli-mədəni fəallar Həkimə xanım Əhmədiyə, onun həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbaniyə, eləcə də hətta bir saat belə yaxalanıb sorğu-suala tutulan hər bir Azərbaycan türkünə qarşı rejim tərəfindən təzyiqi kəskin şəkildə pisləyir və öz azadlığı uğrunda mübarizə aparan millətimizin yanında olduğumuzu elan edir. GADTB Azərbaycanın igid oğul və qızlarının əzmlə dirənişini işğal edilmiş Güney Azərbaycanımızın azadlığı üçün yeganə yol olduğunu düşünür və bütün millətimizi vətənimizin azadlığı və istiqlalı uğrunda mübarizəyə səsləyir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

 

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Bir cavab yazın