Bazar , Sentyabr 19 2021
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin istiqlaldan əsla vaz keçməyəcəyinə dair bildirişi

GADTB: Güney Azərbaycan İstiqlalçılar Birliyi istiqlaldan əsla vaz keçməzdir.

Güney Azərbaycan İran Fars işğalçı Rejimi tərəfindən işğal edilmiş və bu səbəbdən də  Güney Azərbaycan Türk Millətinin işğala qarşı hərəkatına Güney Azərbaycan Milli Hərakatı deyilir.

Yəni Güney Azrbaycan Milli Hərəkəti tam mənasında istiqlalçı hərəkətdir və əgər bu istiqlalçı mahiyyəti hər hansı bir formada bu hərəkətdən alınarsa o daha Güney Azərbaycan Milli Hərəkəti sayılamaz.

 Başqa ifadə ile desək Güney Azərbaycan Milli Hərəkətinin təməl mahiyyəti işğala qarşı və istiqlaldır. Her hansi şəxs və ya qrup  hər hansi metodla bu hərəkəti İran mərkəzliliyinə yönləndirməyə çalışırsa onun Güney Azərbaycan Milli  Hərkətinə hec bir aidiyyəti yoxdur. Bəlkə ona qarşı, İran amili və ya başqa dövlətlərin amilidir. Hər nədirsə Azərbaycan milli hərəkətçisi deyil və ya o kəslər ki, Güney Azərbaycan Milli Hərəkətini dil hüququ, İranda bərabər hüqululuq, dil azadlığı, azınlıq hüququ və etnik bərabərliyi kimi təbliğ və tərvic edərək Güney Azərbaycan  Milli Hərəkətini millilikdən boşaldıb onu bir etnik, yəni farsların dediyi qövm halına salmaqda və istər-istəməz İran işğalını millətimizə təhmil etmək peşindədirlər.

 Bir haldakı Azərbaycan böyük bir millətdir  hətta bir tərəfində güclü dövləti də var. İndi ona qövm ya etnik demək onun millət səvyyəsini danıb bir görünməz azınlıq halına yendirərək milli egəmənliyin əlindən alıb qövm (etink) haqqına qane edərək əsarətd saxlamağa çalışmaqdan başqa bir şey deyildir.

Bu sinsi siyasətləri dəf etmək ücün şuarlarımız və əməlləriniz kəsinliklə  milli mahiyyət daşımalıdır, nə qovm ya etnik mahiyyəti daşımaz.

Yəni daha əvvəllər vurğuladığımız kimi milli şuarlarımızla eyləmlərimizi keçirərək fars opozisionu və İran işğalçı rejiminin içimizə soxduğu ünsürlərin belini büküb Güney Azərbaycanın istiqlalına durmadan davam etməliyik.

Vətənimiz, Azərbaycan, Bayrağımız Azərbaycan bayrağı, simgəmiz Bozqurd, Şuarımız istiqlaldır. İran işğalçı rejimi və ya başqa dövlətlər tərəfindən maliyələşdirilərək bu qutsalarımıza qarşı cıxıb, bunları təhrif və təxrib edənlər milli hərəkətin önündə duran ancaq üzdə bizə bənzəyən amma əslində Türk düşmanlarının uşaqlarıdırlar.

Bözqurd, istiqlal, bayraq və dövlət məhək daşımızdır. Bayrağımızı təhrif və dövlətimizi təhqir edənlər bozqurda saldırıb istiqlalı dananlar Güney Azərbaycan Türkünün duşmanlarına qulluq etməkdədirlər.

Daim dediyimiz kimi İstiqlal Azərbaycan Milli Hərəkətinin olmazsa olmazıdır və heç bir güc və ölkə ilə də müzakirəyə açiq deyildir. Bunu ya qəbul edəcəklər ya da qəbul etdirəcəyik.

Rədd olsun İran Fars işğalçı rejimi!

Yaşasın Müstəqil Güney Azərbaycan!

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Həmçinin yoxlayın

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …