Cümə axşamı , Oktyabr 29 2026
azfa

Güney Azərbaycanda 34-cü Azərbaycan Beynəlxalq Velosiped Turu keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın üç vilayətində 34-cü Azərbaycan Velosiped İdmanları Beynəlxalq Turnirləri oktyabrın 2-6 tarixlərində yerli və xarici komandalarının iştirakı ilə keçiriləcək.

Güney azərbaycanın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətləri arasında 5 mərhələdə keçiriləcək tura ən güclü yerli komandalar, Asiya və Avropa komandaları da dəvət olunub.

Dördüncü və beşinci mərhələ beynəlxalq velosiped turnirinin beş mərhələsindən son iki turu Ərdəbil vilayətində planlaşdırlıb.

Qeyd etməlik ki, Azərbaycan Beynəlxalq Velosiped Turu Güney Azərbaycanda keçirilən ən qədim velosiped turudur. Güney Azərbaycanda Azərbaycan Velosiped Turunun ilk dövrü Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında Urmiya gölü ətrafında 1986-ci ildə keçirilmişdi.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın