Bazar ertəsi , Fevral 9 2026
azfa

Güney Azərbaycanda 40 milyon türk üçün türkcə kanal yenə gündəmə gətirildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən may ayının 29-da Güney Azərbaycanın Urmiya şəhərindən olan məclisdəki millət vəklili Nadir Qazipur 40 milyon türk üçün türkcə kanal açılması zərurəti yenə gündəmə gətirdi. O həmçinin Tehranda Türk Dili Akademiyası yaradılmasını da tələb edib.

Nadir Qazipur deyib: “Məsullardan 40 milyon türkə hörmət etmələrini istəyirik. Tehranda türk dilində telekanal yaratmalıdır ki, biz türklər əhli-beytə olan məhəbbətimizi şirin türk dilində  bəyan edək. Tehranda Türk Dili Akademiyası da təsis olunmalıdır”.

Nadir Qazipur çıxışında Urmiya gölü böhranına da toxunub və deyib: “Azərbaycanın naxışı olan Urmiya gölü hələ də diridir, lakin bir xəstə kimi komaya düşüb. Ümid edirəm ki, Azərbaycanın Ölüm Mərkəzinə çevrilən Urmiya Gölünü Bərpası Mərkəzi gölə ayrılan büdcə vəsaitini yalnız gölün bərpasına sərf edəcək”.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın