Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Güney Azərbaycanın “Təraxtur” komandası Təbrizdə “Gol-Göhər” üzərində qələbə qazandı-Video

GADTB: Güney Azərbaycanın “Təraxtur” komandası Premyer Liqanın altıncı həftəsində Təbrizdə Sircanın Gol-Göhər komandası ilə qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib və qazandığı üç dəyərli xalla liderliyini qoruyub.

Əmirhüseyn Hüseynzadə 43-cü dəqiqədə Təraxturun yeganə qolunu vurub. Əlirza Beyranvənd isə qapısını toxunulmaz saxlayaraq qələbənin qorunmasında mühüm rol oynayıb və ardıcıl altıncı “quru oyun”unu keçirib.

Qarşılaşma zamanı Təraxtur azarkeşləri də hər zaman olduğu kimi Təbrizin Səhənd stadionunda böyük coşqu ilə komandalarını dəstəkləyiblər. Lakin azarkeşlərin səsləndirdiyi kimlik və idman məzmunlu şüarların əhəmiyyətli bir hissəsi televiziya yayımından çıxarılaraq senzura edilib.

Bu qələbədən sonra Təraxtur Premyer Liqanın turnir cədvəlində liderliyini davam etdirir.

https://t.me/GADTB1/58651

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …