Bazar , Oktyabr 25 2026
azfa

Güney Azərbaycanın vilayət və şəhərlərin yük maşını sahiblərinin etiraz və tətilləri davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gün öncədən başlayana və Güney Azərbaycanın əksər vilayət və şəhərlərinə yayılan yük maşını sahiblərinin etiraz və tətilləri geniş vüsət alıb.

Ərdəbil vilayətində dünən rejimin mülki geyimli məmurları tətilə qoşulan yük maşınlarını dayanacağa aparıb, sürücüləri də döyərək yaxalayıb.

Şərqi və Qərbi Azərbaycan, Zəncan, eləcə də Həmədan vilayətlərinin mərkəzi və digər şəhərlərində də yük maşını sürücülərin etiraz və tətilə qoşulmaları davam edir. Təbrizli sürücülər bütün sürücüləri tətilə qoşulmağa çağırır.

Tətillərin daha geniş vüsət almasında ehtiyatlanan irqçi fars rejimi yük maşını sürücülərinin əmək haqqını 20 faiz qaldırsa da, sürücülər etiraz və tətilləri dayandırmadığı bildirilir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın