Bazar , Oktyabr 25 2026
azfa

İrəvan Türk Cümhuriyyətinin xarici ölkə təmsilçiləri təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 15-də İrəvan Türk Cümhuriyyətinin Məşvərət Məclisinin növbəti ənənəvi toplantısı keçirilib.

Məşvərət Məclisi cümhuriyyətin gələcək fəaliyyətinə istiqamətlənən təkliflərin, məsləhətlərin, önərilərin verildiyi düşüncə mərkəzi kimi artıq iki aydan çoxdur ki, fəaliyyət göstərir. Burada səslənən fikir və tövssiyyələr Millət Şurasının aldığı qərarlarda öz əksini tapır.

Məşvərət Şurasının başkanı Mülazim Pahsa sədrliyində keçirilən toplantıda dünyanın müxtəlif ölkələrinə Məşvərət Şurası təmsilçiləri elan olunub.

Ukrayna, Kiyev – Fərhad Turanlı, Almaniya, Köln – Anar Ələkbərov, Niderland, Haaqa – İlhan Aşkın, Niderland, Amsterdam – Eldəniz Məmmədov, Belçika, Brüssel – Ayhan Dəmirçi və Bülent Gürcam, Rusiya, Sankt Peterburq – Samir Məmmədov təqdim edilmişlər. Daha öncələr isə İspaniya, Barselonaya – Vahid İmanov, Rusiya, Moskvaya – Mustafa Mustafayev və İngiltərə, Londona Ruslan Fərzəliyev təyin olunublar.

Dünyanın müxtəlif yerlərindən toplantıya qatılanlar dünyada və regionda, o cümlədən İrəvan Türk Cümhuriyyətinin həyatında baş verən mühüm hadisələr barədə Millət Şurasının sədri Qafar Çaxmaqlının məlumatını dinləyiblər. Geniş müzakirələr əsnasında İrəvan Türk Cümhuriyyətinin bundan sonrakı fəaliyyətinin istiqamətləri barədə ortaq bir fikrə gəlinib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın