Cümə , İyun 26 2026
azfa

İran əhalisinin 60-65 faizi türklərdən ibarətdir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ava Kommunikasiya Negin Şirkəti Şərqi Azərbaycanda “Azərtel” mobil rabitə brendini yaratmaqla bu bölgənin mobil operatorlarına qoşulub.  

Ava Kommunikasiya Negin Şirkətinin direktoru Əhməd Təvəkküli deyib ki, İran əhalisinin təxminən 60-65 faizi türkdür. Bizim də səhmdarlarımız türk olduğu üçün “Tirəxtur” klubu ilə birgə layihə üzərində çalışmağımızı istədilər. Biz də bu klubla birlikdə “Azərtel” sim-kartları layihəsinə start verdik. Azərtel Tirəxtur komandasının tərəfdarlarına xüsusi güzəştli paketlər təqdim edəcək.

Şirkətin direktoru mühəndis Əhməd Təvəkküli fevralın 27-də Təbrizin Kaya Hotelinin ictimai salonunda jurnalistlərin qarşısında danışarkən bu barədə məlumat verib.

Qeyd edək ki, “Azərtel” mobil rabitə operatoru Təbrizin “Tirəxtur” futbol klubunun səhmdarıdır. Təvəkküli sözlərinin sonunda “Tirəxtur” tərəfdarlarını “Əlcəzirə” komandası ilə görüşdə “Tirəxtur”a lazımi dəstək verməyə çağırıb.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …

Bir cavab yazın