Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

İran adlanan ölkə ABŞ-ı beynəlxalq məhkəməyə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə ABŞ banklarında dondurulan 2 milyard dollarını geri almaq məqsədilə beynəlxalq məhkəməyə müraciət edib.

Beynəlxalq Haaqa Məhkəməsi İranın müraciətini qəbul edib və cari ilin oktyabr ayında araşdırma başlayacaq.

Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb ölkələri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında imzalanan razılaşmadan sonra bir sıra ölkələrin banklarında İrana məxsus dondurulmuş hesablar açılıb. ABŞ öz banklarındakı vəsaitin bir hissəsini qaytarsa da, 2 milyard dolları qaytarmaqdan imtina edib. Rəsmi Vaşinqton bu vəsaiti müsadirə edərək dünyanın müxtəlif yerlərində törədilən terror aktlarında zərər çəkən ailələrə kompensasiya vermək istəyində olduğunu bildirib. Lakin terroru dəstəkləyən İran bu vəsaiti məhkəmə yolu ilə almaq qərarına gəlib.

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …

Bir cavab yazın