Bazar , Oktyabr 25 2026
azfa

İran Ermənistanla iqtisadi əlaqələrini genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi Mərkəzi Asiya və Qafqazda yeni iqtisadi imkanlardan yararlanmaq üçün Ermənistana səfəri zamanı bu ölkənin baş nazirinin müavini və iqtisadiyyat naziri ilə görüşüb.

Bu barədə Sepah-a yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə iqtisadi-ticari məsələlər, habelə maliyyə maneələrinin aradan qaldırılması və s. mövzularda müzakirə aparılıb.

Görüşdə yaxın həftələrdə iki ölkənin birgə komissiyasının keçirilməsinin əsasları haqqında da fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində iranlı nazir hər iki ölkədə fəaliyyət göstərən bəzi iranlı və erməni iqtisadi fəallarla da görüşərək müzakirələr aparıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …