Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İran rejimi azərbaycanlı fəal Höccət İsmətzadəni məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Saxsıtəpə hadisələri ilə bağlı yaxaladığı azərbaycanlı fəal Höccət İsmətzadəni məhkəməyə çağırıb.

Azərbaycanlı fəal bu barədə rejimin Qərbi Azərbaycandakı məhkəməsindən elektron bildiriş alıb.

Bildirişə əsasən azərbaycanlı milli fəal 2022-ci il yanvar 1-də rejimin Sulduzdakı ikinci Cinayət Məhkəməsinin 101-ci şöbəsində olmalıdır.

Azərbaycanlı fəal şərlənərək, “Xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunub.

Qeyd edək ki, Höccət İsmətzadə sentyabrın 4-də İran rejiminin məmurları tərəfindən yaxalanmışdı. O, sentyabrın 5-də girov qarşılığında zaminə buraxılmışdı.

Sentyabrın 3-də Güney Azərbaycanın Sulduz bölgəsinin Saxsıtəpə kəndində mühacir kürdlər yerli Azərbaycan türklərinin evlərinə basqın etmişdilər.

Onlar uşaqlar, qadınlar və yaşlıları döyüb və təhqir etmiş, onlarla əhali isə kəndi tərk edərək Sulduza qaçmağa məcbur olmuşdu.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …