Bazar ertəsi , Oktyabr 18 2021
azfa

İran rejimi kürd terrorçularına qarşı şüar səsləndirən Azərbaycan türklərini də yaxalayır

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, kürd terror təşkilatı olan PJAK-ın bir neçə gün əvvəl Çaldıran bölgəsində 8 türk sərhədçini şəhid etməsi ilə bağlı Xoy şəhərində keçirilən dəfn mərasimində milli fəallar şüar səsləndiriblər. Kürd terrorizmi əleyhinə şüar səsləndirmə də İran rejiminin  xoşuna gəlməmiş və azərbaycanlı milli-mədəni fəalları yaxalamışdır.

Məlumata görə yaxalanan azərbaycanlı fəallar “Azərbaycan bayşın sağ olsun” və “Ölüm olsun kürd terrorizminə” şüarları səsləndirib. Yaxalanan fəalların 6-nın kimliyi məlum olub. Onların adları aşağıdakı kimidir:

Səid Purcəfər, Həmid Purcəfər (Azərbaycan Mədəniyyət Ocağı müəssisəsinin katibi), Vahid Səfəri Yekani (xoylu şair və mədəni fəal), Fərşad Kərimzadə Biləvari (Xoy Günəbaxan Ocağı müəssisəsinin katibi), Həsən Camali və Cavad Əhmədi Yekani.

Kürd terrorizminə qarşı şüar səsləndirən fəallar polis tərəfindən yaxalanaraq Xoy şəhərin Polis İdarəsinin Təhlükəsizlik Bölməsinə aparılıb.

Fəalların azadlığa buraxılması üçün 20 milyon tümənlik mülki vəsiqə istəyiblər. Lakin bu tələb azərbaycanlı fəalların haqlı etiraz və müqaviməti ilə qarşılaşıb. Məlumata görə, fəalların noyabr ayının 5-də sərbəst buraxıldığı söylənilir.

Qeyd edək ki, İran rejimi Azərbaycan ərazisini və türk millətini hədəf alan kürd terrorizmini belə örtbasdır etməyə çalışır. Ona görə də heç bir qanunsuz əməli olmayan və yalnız terrorizmi pisləyən Azərbaycan türklərini yaxalayır.

Həmçinin yoxlayın

Avstraliya-Azərbaycan Assosasiyasının 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpas Günü münasibətilə təbrik mesajı

GADTB: Avstraliya-Azərbaycan Assosasiyası 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpas Günü münasibətilə Azərbaycan Prezidenti, Azərbaycan …

GADTB başqanı sayın Əjdər Tağızadənin 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …