Çərşənbə , Oktyabr 14 2026
azfa

İran rejimi türk adına görə azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan Əsgər Cəfəri 3 aylıq qızına türk adına görə şəxsiyyət vəsiqəsi ala bilmir. O İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinə muraciət etsə də

Ona anlamaq kökündən və deyilişdə “Anna” şəklində dedikləri ada şəxsiyyət vəsiqəsi verilmir.

Əsgər Cəfəri verdiyi açıqlamada bildirib ki, 3 ay müddətində dəfələrlə İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinə müraciət edib. Qızına seçdiyi adla şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün məhkəməyə baş vurub və yenə də nəticə əldə etməyib.

O bildirib ki, problem yaranmasın və məsələ qanuni həll olunsun deyə məsələni ictimailəşdirmək istəmirdim.

Ancaq bütün qanuni yollara əl atmağıma baxmayaraq nəticə əldə edə bilmədiyim üçün məsələni ictimailəşdirməyə məcbur oldum.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi məhv etmək məqsədilə onlara öz dilində övladlarına ad qoymasını qadağan edib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …