Çərşənbə , Avqust 4 2021
azfa

İran rejiminin Azərbaycana qarşı ayrı-seçkilik siyasətini gizlətmək olmur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün cümə namazı xütbələrində, Ərdəbil və Urmiyada Azərbaycan vilayətlərinə qarşı İran rejiminin ayrı-seçkilik siyasətinə etiraf edilib. Məlumata görə, Ərdəbilin imam cüməsi Amili cümə namazında vilayətlər arasında ayrı-seçkiliyin olduğunu qeyd edib. O Qum hava limanı ilə bağlı İran məclisinin rəisinin dediyi “Qumun hava limanının tikinti lisenziyası və maliyyəsinin təmini üç aya tamamilə həll ediləcək” sözlərinə toxunaraq qeyd edib ki, bir vilayətdə bir layihənin 3 aya həll edilməsi, digər vilayətdə isə 10 ilə də həll edilməməsi düzgün idarəçilik deyil və insanların inamını sarsıdır.

Qərbi Azərbaycanın Xobreqan məclisindki millət vəkili molla Əsgər Dirbaz da bu gün Urmiyanın cümə namazında mövcud ayrı-seçkiliyə toxunub. O qeyd edib ki, Qərbi Azərbaycanın inkişaf göstəriciləri arzu olunan vəziyyətdə deyildir.

Onun sözlərinə görə Qərbi Azərbaycan vilayətində imkansızlıqdan bəzi bölgələrdə dərslər sinifdə yox anbarlarda keçirilir.

Qeyd edək ki, Azərbaycan kimi yüksək potensiala malik olan ərazi yalnız İran rejimin məqsədli ayrı-seçkilik siyasətinin nəticəsində geri saxlanılıb. Hazırda da ayrı-seçkilik siyasəti yüksək səviyyədə davam edir. Ona görə də İran dövlətinin öz məmurları da həmin ayrı-seçkiliyi gizlədə bilmir və etiraf etməyə məcbur olurlar.

Həmçinin yoxlayın

Ermənistanın işğalında olan Qazaxın 7 kəndinin qaytarılması gündəmdə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Əskipara kəndinə Rusiya sülhməramlıları, Ermənistan Müdafiə …

İsrail İrana qarşı tək başına hərəkət edə biləcəyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin baş naziri Naftali Bennett Tehran rəhbərliyinə gözdağı …