Çərşənbə , Avqust 26 2026
azfa

İran televiziyasında Azərbaycanın əla növ pendir brendinə təxribat etirazla qarşılanıb- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin dövlət televiziyasında Təbrizin tanınmış Liqvan pendir brendinə qarşı təxribat Güney Azərbaycan şəhərlərində etiraza səbəb olub.

Azərbaycanlılar və Azərbaycan şəhərlərindəki mağzalar təxribata alət olan Mihən Ağartı Şirkətinin məhsullarını boykot ediblər.

Qeyd edək ki, İranın “Kanal 1” telekanalında yayımlanan “Dəstpoxt” proqramının aparıcısı “Liqvan” pendirinin istehsalı prosesində sanitariya normalara əməl edilmədiyini iddia edərək, izləyiciləri Azərbaycan pendiri əvəzinə Tehranda istehsal olunan Mihən pendirini almağa çağırıb.

İrqçilik olan və eyni zamanda heç bir reklam qaydalarına uyğun olmayan bu hərəkət haqlı olaraq Azərbaycan türklərinin etirazına səbəb olub. Artıq Mihən Ağartı Şirkətinin məhsulları Azərbaycanda boykot edilib.

Rejimin televiziyası əla növ Azərbaycan pendirini təxribatla gözdən salmağa çalışır

Publicerat av Ali Huseyn Torsdag 4 juni 2020

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …

Bir cavab yazın