Cümə , Aprel 19 2024
azfa

İranın Türkiyəyə qarşı terrorçu PKK ilə əməkdaşlığı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Xəbər7” portalının yazarı Taha Dağlı yazır: “İran ölkənin öz sərhədləri çərçivəsi ilə yanaşı, bir çox ərəb ölkəsində etirazla üzləşir. Bəs bu durumda rejim nə edir? PKK terror təşkilatı ilə əməkaşlığa davam edir”.

Yazar İranın hazırkı xaotik vəziyyətində rejimin çökməsi potensialından və xarici qüvvələrin İrana təsirindən yazıb.

Mətni təqdim edirik:

“Hazırda həmin şəhər PKK-nın nəzarətindədir. Terrorçular İraq-Suriya əlaqələrini 2015-ci ildən bəri Sincar vasitəsilə davam etdirir. İraq hökuməti ilə regional idarəçilər bir neçə dəfə təşəbbüs göstərsə də, PKK-nı Sincardan çıxara bilməyiblər. PKK-nı bu şəhərdə qoruyan güc isə İran dəstəkli Haşdi Şabidir. Bu qruplaşma İŞİD-ə qarşı mübarizə bəhanəsilə 2014-cü ildə İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Qasım Süleymani tərəfindən qurulub. İraqda ikinci ordu mövqeyindədir. Xüsusilə, İŞİD-i bəhanə edərək İraqdakı sünnilərə qarşı sərt davranışlar sərgiləyirlər. İran İraqda Haşdi Şabini qurub, bir əl bombası kimi Bağdadın qucağına qoyub. Haşdi Şabi İraqın daxilində İrana aid silahlı qruplaşmadır. Eyni zamanda, siyasi qolları da var. Bağdad hökuməti Haşdi Şabini hər nə qədər İraq ordusuna calamağa çalışsa da, təşkilatın İranla bağlarını əsla qopara bilmədi. Bu qruplaşma 2 ildir ki, PKK ilə birlikdə hərəkət edir. 2017-ci ilin sonlarında iki təşkilat Sincarda birgə Şura da qurublar. 2018-ci ildə İraq ordusu PKK-nı Sincardan çıxarmağa çalışanda isə Haşdi Şabi ilə qarşılaşmışdı.

2019-cu ildə Haşdi Şabi ilə PKK Sincarda ortaq gömrük məntəqələri qurdu. Terrorçular bu nəzarət məntəqələrindən gəlib keçən hər kəsdən pul alır və daha sonra aralarında bölüşdürür. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda PKK ilə İran arasındakı ittifaqda nəzərəçarpacaq dərəcədə hərəkətlilik meydana gəlib.

ABŞ-ın Yaxın Şərq üzrə mütəxəssisi Toni Badran 2012-ci ildə qələmə aldığı məqalədə İranın Türkiyəyə təzyiq göstərmək, Türkiyənin Suriyadakı fəaliyyətinin qarşısını almaq məqsədilə PKK ilə əməkdaşlıq etdiyini vurğulamışdı. PKK-nın Suriyada PYD kimi, İranda isə PJAK adlı qolu var. İran PJAK ilə mübarizəsini bir sıra razılaşmalar ilə fərqli istiqamətə yönləndirmiş, daxilindəki müxalif kürdləri PJAK vasitəsilə susdurmaq üçün hərəkətə keçmişdi. Bu gün İranın PKK və qolları ilə əməkdaşlığı davam edir. Suriyada tez-tez PYD ilə birgə hərəkət edirlər. İraqda Haşdi Şabi vasitəsilə PKK ilə birlikdədirlər və öz ölkələrində PJAK ilə razılaşmaları davam edir. Lakin İran xalqı rejimə qarşı nifrət bəsləyir. İraq xalqı da eyni fikirdədir. Livan xalqı da İran rejiminə qarşıdır. Bu 3 ölkənin timsalında Tehranda molla rejiminə qarşı etiraz var. İranın ABŞ və İsrail ilə arasında da müxtəlif sıxıntılar mövcuddur. Yəmən başda olmaqla, körfəz miqyasında Səudiyyə Ərəbistanı ilə qarşıdurma vəziyyətindədirlər. Türkiyə bu vəziyyətdə İranla müharibəyə girmir. İran embarqolarla sıxışdırılarkən Türkiyə Tehran üçün nəfəs borusu rolunu oynayır. Bütün regional məsələlərdə Türkiyə İrana qarşı aqressiv siyasətdən uzaq dayanır.

Amma İran nə edir?

“Amandır, Türkiyə Suriyada, ya da İraqda bir addım da irəliləməsin” deyib PKK ilə əməkdaşlığa üstünlük verir.

İranda rejim, eyni zamada İranın Yaxın Şərqdəki şiə sərmayələri bir gün çöksə, ölkə daxilində ciddi sarsıntılar yaşansa, İranın içindən bir türk qruplaşması çıxa bilər. Çünki Türkiyə üçün belə bir sərmayə İran torpaqlarında mövcuddur (Cənubi Azərbaycan nəzərdə tutulur – red.). Əcəba, İranın ətrafında sürü şəklində düşmən var ikən Türkiyəyə qarşı hiyləgər mövqe və siyasətlərinin bir səbəbi də bu ola bilərmi?

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın