Çərşənbə axşamı , May 11 2021
azfa

İraq ordusu İŞİD-in işğalda saxladığı son bölgə olan Ravanı azad edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün səhər İŞİD terror qruplaşmasının İraqda nəzarətdə saxladığı son bölgə olan Ravaya üç istiqamətdən həlledici hücuma keçən İraq qüvvələri şəhəri terrorçulardan tam azad edib. Məlumata görə, İraq ordusu və “Həşd Əş-Şaabi” qruplaşması apardığı əməliyyat artilleriya atəşləri ilə müşayiət olunub. Koalisiya təyyarələri şəhəri bombalayıb.

Qeyd edək ki, Rava şəhəri Suriya sərhədindən təxminən 100 kilometr məsafədə yerləşən kiçik yaşayış məntəqəsidir. Şəhər üzərinə hücumlar bir neçə gün əvvəl başlamışdı. O vaxt hərbçilər bildirirdilər ki, terrorçuların çoxu Suriyaya qaçdığı üçün Ravanı azad etmək çətin olmayacaq və çox vaxt aparmayacaq.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hesablamasına görə, terrorçular Suriya və İraqda ələ keçirdikləri ərazilərin 95 faizini itiriblər. İŞİD “xilafəti”nin mövcudluğuna ilin axırınadək son qoyulacaq.

Ekspertlər isə hesab edirlər ki, Rava uğrunda döyüşlərdən sonra qruplaşma ilə mübarizə başqa format alacaq və hələ uzun müddət davam edəcək. Bu, səhralıq ərazilərdə savaşdan və dağlıq rayonlarda partizan müharibəsindən ibarət olacaq. Həmin ərazilərə gəlincə, onlar çox genişdir və relyef cəhətdən mürəkkəbdir.

 

Həmçinin yoxlayın

Kərbəla şiələri “Rədd ol Xamenei və Rədd ol İran” şüarı ilə İran konsulluğunu yandırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terroru dəstəkləməklə İraqda sabitliyi pozması İraq şiələrinin …

Uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks etdirən tədbirləri baykot etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks …