Cümə axşamı , İyun 25 2026
azfa

İraqda İsrailin ikinci ehtimal edilən gizli bazası aşkar olunub

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, İraqın qərbində İsraillə əlaqəli olduğu ehtimal edilən ikinci gizli hərbi baza müəyyən edilib.

 Nəşrin məlumatına görə, Bağdadın bir ildən artıqdır ki, öz ərazisində xarici hərbi obyektlərin mövcudluğuna qeyri-rəsmi şəkildə göz yumduğu iddia edilir.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti İsrailin İranla münaqişənin eskalasiyasından əvvəl İraqda gizli baza yaratması barədə yazmışdı.

Mənbələrin iddialarına görə, həmin obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz, həmçinin xüsusi təyinatlı dəstələrin və xilasetmə qruplarının yerləşmə yeri kimi istifadə olunub.

NYT-nin məlumatına görə, ikinci bazanın yaradılması üçün hazırlıqlara 2024-cü ilin sonlarında başlanılıb.

Qeyd olunur ki, 🇺🇸 ABŞ üçüncü ölkələrin İraq ərazisindəki fəaliyyətinin xarakteri barədə İraq rəhbərliyini məlumatlandırmaya bilərdi. Bu isə öz növbəsində Vaşinqton üçün regionda potensial siyasi risklər yaradır.

Nəşr bildirir ki, İraq hərbçiləri obyekti müşahidə edərək ABŞ tərəfindən izahat almağa çalışsalar da, heç bir cavab ala bilməyiblər.

 Sonradan İraq ordusunun qruplarından biri obyektə yaxınlaşmağa cəhd göstərib, lakin atəşə tutulduqdan sonra geri çəkilmək məcburiyyətində qalıb.

 Daha sonra adı açıqlanmayan rəsmi şəxs ikinci obyektin mövcudluğunu təsdiqləyib.

 O qeyd edib ki, hərbi bazanın dəqiq yeri naməlum olaraq qalır, sadəcə onun İraqın qərbindəki səhra bölgələrində yerləşdiyi bildirilir.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …