Bazar ertəsi , Sentyabr 25 2023
azfa

İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslamini 1 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin  Parsabadda yerləşən 2 saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslamini şərləyərək, “pantürkizm və bölücülük” ittihamı ilə 1 il həbsə məhkum edib. İrqçi fars rejimin məhkəməsinə Firuz Fərahani Məzrəə Cahan sədrlik edib.

Rejimin məhkəməsinin çıxarılan qərarında deyd olunub ki, “Müttəhim Parsabad şəhərinin bölücü və pantürkist qüvvələrindəndir. O bölücülük fəaliyyəti istiqamətində raport hazırlayır və fars dilindən türk dilinə təhrif edərək, tərcümə etdiyi kitabları internetdə yayır. Müttəhim həmin materialları müxalifətə bağlı xarici kanallara da göndərir. O Parsabadda pantürkizm cərəyanının əsas qüvvə və liderlərindəndir”.

Hökmdə fəalın “Güney Azərbaycan” terminindən istifadə etməsi də cəzaya səbəb olan səbəb kimi göstərilib.

Məhkəmə hökmü çıxarılmadan əvvəl irqçi fars rejimin Parsabadda yerləşən ETTELAAT İdarəsinin rəisi Həzrəti  K.İslami ilə əlaqə saxlayaraq deyib: “Məhkəmədə baxılan işin bağlanmasını istəyirsənsə, ETTELAAT-ın xəbər mərkəzinə müraciət edərək, mədəni fəaliyyətlərin dayandırılması və Abbas Lisani ilə əlaqələri kəsməyə dair öhdəlik götürməlisən”.

Azərbaycanlı fəalın mühakimə edən hakim isə ondan istəmişdir ki, dosyedə müsbət dəyişiklik etmək istəyirsə bir neçə məqalə yazıb, İranı vəsf etsin.

Qeyd edək ki, azərbaycanlı fəal iyul ayının 3-də Babək Qalası Qurultayı ərəfəsində Parsabadda öz evində yaxalanıb. O 37 gün həbsdə saxlandıqdan sonra avqust ayının 9-da mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı. Fəalın vəsiqə qarşılığında zaminə buraxılması uzadıldığı üçün 9 gün müddətinə aclıq aksiyası keçirmişdir.

Həmçinin yoxlayın

Azərbaycanda Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya ilə əlaqədar cinayət işi açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət …

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar işgəncə edildiyi üçün aclıq aksiyasına başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə Təbrizdə rejimin ETTELAAT İdarəsi tərəfindən …

Bir cavab yazın