Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejim həbsdə saxlan Abbas Lisaninin Apelyasiya Məhkəməsini qiyabi keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim heç bir günahı olmadan həbsdə saxladığı azərbaycanlı fəal Abbas Lisaninin Apelyasiya Məhkəməsini qiyabi keçirdi.  

İrqçi fars rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi aprelin 12-də keçirilən iclasla bağlı azərbaycanlı fəalın evinə çağırış vərəqəsi göndərmişdi. Lakin azərbaycanlı fəal həbsxanadan Apelyasiya Məhkəməsinə buraxılmadığı üçün məhkəmə iclası şənbə günü qiyabi keçirilib.

Azərbaycanlı fəalın vəkili Apelyasiya Məhkəməsinə müraciət edərək, çağırış vərəqəsinin həbsxanaya göndərilməsini və bu barədə həbsxana ilə həmahənglik edildiyi istəsə də, onun tələbi təmin olunmayıb.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani Apelyasiya Məhkəməsinin baxdığı dosyeyə görə bundan əvvəl məhkəmə tərəfindən 10 ay həbs cəzasına məhkum edilib. O məşhur musiqi ustadı, mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyəinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

Abbas Lisani yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində qiyabi çıxarılan məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq rejimin Ərdəbildə yerləşən Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə zindanına aparılıb. O hazırda rejimin Ərdəbildə yerləşən həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın