Bazar ertəsi , Oktyabr 12 2026
azfa

İrqçi fars rejimi gilək və kürdləri Azərbaycana qarşı alətə çevirib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Milli Hərəkatını və Azərbaycanın varlığını hədəf alan irqçi fars rejimi ətrafda yaşayan gilək və kürd kimi etniklərdən alət kimi Azərbaycana qarşı istifadə edir. Rejimin diktəsi ilə kürdlər Azərbaycanın qərb hissəsinə, giləklər isə şərq hissəsinə hücuma keçib.

Təəssüflə həmin etniklər alətə çevrilməsini acı nəticələrinin olduğunun fərqinə varmadan rejimin tapşırıqlarını həyata keçirir.

Bu dəfə isə irqçi fars rejimin tapşırığı ilə gilək alpnistlər Savalan dağında Azərbaycan və Ərdəbil əyalətinin ərazi bütövlüyünə qarşı banner nümayiş etdiriblər. Onlar dağın zirvəsinə çıxaraq, “Heyran Gilanın naxışıdır” sözləri yazılmış bannerlə foto çəkdiriblər və bunu sosial şəbəkələrdə paylaşıblar.

“Kalanşəhrbaran” komandasının üzvləri bu yolla Heyran gədiyinin Ərdəbil əyalətindən ayrılıb Gilan əyalətinə birləşdirilməsinə eyham vurublar.

Qeyd edək ki, son vaxtlar Ərdəbilin Heyran gədiyinin irqçi fars rejiminin göstərişi ilə Gilana birləşdirməsi cəhdi gündəmdədir. Buna isə Azərbaycanlı fəallar ciddi müqavimət göstərir.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Peyman Kərimpurun adına üç yeni elektron məhkəmə bildirişi yerləşdirilib

GADTB: Son günlərdə azərbaycanlı fəal Peyman Kərimpurun elektron məhkəmə bildirişləri sistemindəki şəxsi hesabına üç yeni …

Təbriz səhiyyə mərkəzlərinin tibb bacıları valilik qarşısında etiraz aksiyası keçiriblər

GADTB: 2026-cı il oktyabrın 11-də, bazar günü Təbriz şəhərindəki səhiyyə mərkəzlərinin bir qrup tibb bacısı …

Bir cavab yazın