Çərşənbə , May 12 2021
azfa

İrqçi fars rejimin məmurları Ərdəbildə Ədliyyə idarəsində Murtaza Pərvini döydülər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin məmurları bu gün 2018-ci il oktyabr ayının 10-da Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəal Murtaza Pərvini yaxalayıb və döyüblər.

Rejimin məmurları azərbaycanlı fəalı onun barəsində çıxarılan 40 şallaq zərbəsini icra etmək istəyiblər. Lakin o hökmün insan haqlarına ziddi olduğunu əsas gətirərək icrasına könüllü şəkildə icazə verməyib. Bundan sonra irqçi fars rejimin məmurlarının əmri ilə rejimin təhlükəsizlik qüvvələri fəalı döyüblər. yayılan məlumata görə, fəal döyülmə zamanı aldığı zərbələr nəticəsində başı yarılıb və  üz-gözünü qan bürüyüb.

Fəal xəbər yazılan vaxtadək şallaq hökmünün icra edilməsinə imkan verməyib. Murtaza Pərvin şallaq hökmünü qeyri-insani və insan hüquqlarına zidd olduğunu bildirərək deyib ki, könüllü şəkildə bu hökmün icrasına icazə verməyəcək.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Murtaza Pərvin 2017-ci il iyun ayının 30-da Babək Qalası Qurultayına qatıldığı üçün rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, mühakimə edilib. İrqçi fars rejimin Kəleybərdə yerləşən Məhkəməsi fəalı “ümumi asayişi pozmaq”da ittiham edərək islam cəza qanununun 618-ci maddəsinə istinadən fəalın barəsində həbs cəzasını əvəz edən 18 milyon rial nağd cərimə və 40 şallaq zərbəsinə məhkum edib. Hökm sonralar rejimin Şərqi Azərbaycanda Apelyasiya Məhkəməsinin 26-cı şöbəsində təsdiq olunub.

Dünən Murtaza Pərvinin qardaşı Muctaba Pərvin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və  15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Həmçinin yoxlayın

İrqçi fars rejimin qəsdən laqeydliyi nəticəsində Təbrizdəki tarixi Pinəşalvar məzarlığı dağıdılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ayrıseçkilik və Azərbaycanın tarixi abidələrinin …

Ruhani hakimiyyəti Urmiya gölünü bərpa məsələsində əhalini aldadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həsən Ruhani hakimiyyəti Urmiya gölünün bərpası ilə bağlı …

Bir cavab yazın