Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejimin məmurları Azərbaycanı parçalama layihəsini icra edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gilan vilayətində irqçi fars rejiminin məmurları Azərbaycan ərazisini parçalamaq və Gilana birləşdirmə layihəsinin icrasına başlayıblar.

Əldə etdiyimiz məlumata görə, Astaranın Lündvil məntəqəsinin bələdiyyəsi, eləcə də Xəlifəsəra kənd şurası artıq irqçi fars rejiminin Azərbaycanı parçalama siyasətinin icrası istiqamətində Ərdəbil Heyranı adlı bütün küçə və yolların tablosunu dəyişərək Gilan Heyranı tablosu quraşdırırlar.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycanı parçalayıb yer üzündən silmək üçün iyrənc planlar cızaraq, ica etməkdədir. Qərb istiqamətdən İraq kürdlərini Qərbi Azərbaycan vilayətinə yerləşdirilib, böyük bir bölgənin Kürdüstanlaşdırılması davam edir. Şərqdən isə Azərbaycan əraziləri Gilan vilayətinə birləşdirilir. Astaradan Rəştə qədər ərazinin Güney Azərbaycandan qopardılaraq Gilana birləşdirilməsinə baxmayaraq, indi də Heyran gədiyi Gilana birləşdirilir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın