İrqçi fars rejimin Parsabaddakı ETTELAAT rəisi Səccad Monadinin avtomobilini müsadirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən sentyabrın 13-də irqçi və işğalçı fars rejimin Parsabadda yerləşən ETTELAAT İdarəsinin  rəisi manqurd Həzrəti Səccad Monadinin avtomobilini müsadirə etdi.

Məlumata görə Həzrəti bir neçə nəfər digər təhlükəsizlik məmuru ilə birlikdə fəalın avtomobilini təmir sexindən zorla müsadirə edərək rejimin Parsabadda yerləşən İTTELAAT İdarəsinin həyətinə aparıblar.

Rejimin məmurları Səccad Monadinin şəxsi avtomobilinin təmiri ilə əlaqədar sexin sahibini hədələyiblər.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimin məmurları sentyabr ayının 12-də Muğanın Parsabad şəhərində azərbaycanlı milli-mədəni fəalı Səccad Monadini yaxalamaq məqsədilə onun ata evinə hücum etmişdi.

Azərbaycanlı milli-mədəni fəalı Səccad Monadi evdə olmadığına görə, rejimin məmurları fəalı yaxalaya bilməmişdilər.

Məmulata görə, irqçi fars rejimin Parsabad şəhərində yerləşən ETTELAAT İdarəsinin rəisi Həzrəti də azərbaycanlı fəalı yaxalamaq üçün keçirdikləri əməliyyatda iştirak etmişdi.

Rejimin ETTELAAT İdarəsinin məmurları Səccad Monadinin ata evində axtarış aparmış və fəala aid kompüter, flash kart, pasport və milli kartı müsadirə edərək, özləri ilə aparmışdılar.

İrqçi fars rejimin Parsabaddakı ETTELAAT  rəisi Həzrətinin satqın və antitürk olduğu və saxta ittihamlarla azərbaycanlı fəalları, o cümlədən Siyamək Mirzaini saxta ittihamlarla həbs etdirdiyi bildirilir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın