Şənbə , May 30 2026
azfa

İrqçi fars rejiminin parlamentindən kürd terrurçularına dəstək-şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İrqçi fars rejiminin himayəsi altında İran parlamentində kürd millət vəkilləri Afrindəki kürd terrorçularını himayə ediblər. türrorçuları dəstəkləyən kürd millət vəkilləri terrorçularla mübarizə aparan Türkiyəyə qarşı təxribat tördəiblər.

Bukandan olan millət vəkili Məhəmməd Qəsim Osmani bazar günü məclisdə çıxış edərək, kürd terrorçu qruplaşmasını dəstəkləyərək, Türkiyənin terrorçulara qarşı əməliyyatını pisləməklə Ərdoğanı Səddam Hüseynlə müqayisə edib.

Həmçinin Qəsim Osmani pankürdizm xarakterli çıxışında Türkiyə prezidentini təhqir edərək onu qalstuklu İŞİD adlandırıb. Fars rejiminin himayəsi altında Qəsim Osmani rəsmi şəkildə PKK terror təşkilatını dəstəkləyib.

İran məclisinin kürd millət vəkilləri Türkiyənin Afrinə terrorçularla mübarizə məqsədilə hücumunun qarşısını almaq məqsədilə BMT-nin baş katibinə də müraciət ünvanlayıblar.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi də Türkiyənin Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmasını istəmişdi.

Həmçinin yoxlayın

Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur “Laçın” vəfat edib

GADTB: “Laçın” təxəllüsü ilə tanınan ədəbiyyat xadimi Qaşqay türk ədəbiyyatının tanınmış simalarından olan şair və …

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

Bir cavab yazın