Cümə axşamı , İyun 25 2026
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Cəfər Rüstəmiradı Tehranda məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradı Tehranda məhkəməyə çağırdı. Azərbaycanlı fəal sabah noyabr ayının 17-də Tehranda rejimin İnqilab Məhkəməsinin 26-cı şöbəsinə müraciət etməlidir.

Ehtimal edilir ki, irqçi fars rejim fəalı məhkəməyə ona iş açmaq üçün çağırıb.

Qeyd edək ki, azərbaycanlı fəal Cəfər Rüstəmiradı Babək Qalası Qurultayı ərəfəsində Tehranda öz iş yerində işğalçı fars rejimin məmurları tərəfindən yaxalanıb. Fəal 29 gün müvəqqəti olaraq Təhlükəsizlik orqanlarının 209-cü bölməsində həbsdə saxlanılıb. 20 gün isə təkadamlıq kamerada həbsdə olub. Azərbaycanlı fəal həbs müddətində vəkildən məhrum olub.

Cəfər Rüstəmirad əmək haqqı üzrə mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …

Bir cavab yazın