Çərşənbə axşamı , Mart 28 2023
azfa

İşğalçı fars rejim Güney Azərbaycan coğrafiyasına hər tətəfdən hücuma keçib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Güney Azərbaycan coğrafiyasını dağıtmaq üçün hər tətəfdən hücuma keçib. İrqçi rejimin prezidenti Ruhani Azərbaycanın qərb hissəsini kürdlərə pişkeş etməyə çalışdığı halda Azərbaycanın şərq hissəsindən də Heyran gədiyini onsuz da ərazisinin yarısı Azərbaycan ərazisi olan Gilana birləşdirməyə davam edirlər.

Rejimin 3-cü televiziya şəbəkəsi qəsdən sual-cavab proqramı olan “qalib ol” proqramında Heyran gədiyinin Gilan vilayəti kimi göstərməyə çalışıblar. Proqramda sual qoyulur ki, Heyran gədiyi hansi vilayətdə yerləşir? Cavab variantlarda isə Gilan vilayəti düz variant kimi göstərilir. Halbuki, Heyran gədiyi Ərdəbil vilayətində yerləşir və cavablar arasında isə həmin variant qəsdən verilmir. Bu isə rejimin televiziya şəbəkəsinin Güney Azərbaycan coğrafiyasına açıq qəsddir.

Digər tərfdən isə Xamneyinin Gilan vilayətindəki nümayəndəsi və imam cümə Azərbaycanın Heyran gədiyini Gilan vilayətinin ərazisini adlandırıb və xəbərdarlıq edərək, bildirib ki, kimsəyə Heyran gədiyinin Gilan ərazisi olmaması barədə danışmağa icazə verməyəcək.

Eyni zamanda Ruhani son günlər Qərbi Azərbaycan vilayətinə səfəri zamanı bu vilayəti Urmiya vilayəti adlandırıb. Bu isə bu ərazini ayırıb kürdlərə vermə planının açıq dilə gətirilməsi anlamına gəlir.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycan coğrafiyasını dağıtmaq üçün hər tətəfdən hücuma keçib. Təəssüflə giləklər və kürdlər də irqçi rejimin planlarının icraçısı və fars rejiminin əlaltısına çevriliblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Güney azərbaycanlıların Brüssel yürüşü. Nə oldu?!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Azərbaycan, əl-Əhvaz və Bəluçistanın ortaq dərdi: “Azadlıq, Ədalət, Milli Hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı milli fəallar Azərbaycan, əl-Əhvaz və …

Bir cavab yazın